Artıq qardaşımın ruhu ilə qovuşdum – Firuz Səxavət

Artıq qardaşımın ruhu ilə qovuşdum – Firuz Səxavət

2 il əvvələ qədər ad günüm və ya digər xoş günlərdə deyirdim ki, mənim xoşbəxt olacağım yeganə gün, torpaqlarımız düşmən işğalından azad olunduğu gün olacaq. Şükürlər olsun ki, arzularım həyata keçdi.

Bu sözləri AzerTimes-a bu gün 50 yaşı tamam olan xanəndə, xalq artisti Firuz Səxavət deyib.

“28-30 il boyunca içimizdə bir nisgil, əzginlik var idi. Amma bu gün adam fərəhlənir, sevinir ki, bu gün doğma torpaqlarımıza qovuşduq və üzümüz gülür! Gün gələcək qarabağlılar öz ata-baba yurduna həmişəlik dönəcək”.

Xanəndə mərhum qardaşı Səxavət Məmmədovun məzarını ziyarət etdiyini bildirib:

“Hər səfərimdə qardaşımın qəbrini ziyarət edirəm. Çox qürurluyam! Şükürlər olsun ki, biz 30 ildən sonra gedib məzarlarımızı ziyarət edə bilirik. Mən mərhum qardaşım Səxavətin ruhu ilə qovuşdum. Bu günə şükür”, – F.Səxavət deyib.

Teqlər: