Artıq hamı qəbul edir: Əliyev dünya lideridir!

Artıq hamı qəbul edir: Əliyev dünya lideridir!

Azərbaycanla bağlı “sadəcə nefti olan kiçik bir ölkə” ifadəsi tarixə qovuşdu. Bu gün Azərbaycan hamının hesablaşmalı olduğu dövlətdir. Müasir tarixdə görünməmiş haldır ki, bir dövlət müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycanın nail olduqları unikal vəziyyətdir və İlham Əliyevin xidmətləri sayəsində əldə edilib.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Azərbaycan suverenliyini bərpa etdikdən, Qarabağın qaytarılmasından sonra AB-nin müxtəlif strukturları tərəfindən əvvəllər öz ünvanına səsləndirilən əsassız tənqidlərə getdikcə daha açıq şəkildə cavab verməyə başlayıb. İndi Azərbaycan hakimiyyəti açıq şəkildə ABŞ-ı iki dəfə öz yerinə oturdub. Yəni hər şey, vəziyyət dəyişib. Azərbaycan AB və ya ABŞ-ın davranışını bəyənməsə, Ermənistanla sülh üçün təklif etdikləri sözdə vasitəçilik platformalarından imtina edəcək. Bakı əvvəl də anlayırdı ki, Qərbin regionda öz marağı var, amma buna açıq reaksiya verə bilmirdi. Hazırda isə Bakı ABŞ-a birbaşa deyir ki, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Bakı ilə əlaqədar mövqeyinizi dəyişməyincə, vasitəçilik səylərinin yalnız xəyalını qura bilərsiniz. Bu, ABŞ-ın nüfuzuna açıq-aşkar zərbədir, bu, onların vasitəçiliyinə, ABŞ siyasətinə zərbədir”, – o bildirib.

Arkov qeyd edib ki, Əliyev, Putin, Ərdoğan, Szinpin və Orban bu gün eyni sırada dayanır:

“Bunlar yeni formasiyanın siyasətçiləridir. Bu şəxslər indi dünya liderləridir”.

Teqlər: