Artilleriyaçılarımız Qazaxıstana gediblər (FOTO)

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.


Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.

Teqlər: