“Arsenal”ın hücumçusu Obameyanqın ürəyində problemlər yaranıb

Qabon millisinin və “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanqın ürəyində problemlər yaranıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Qabon Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Məlumata əsasən, Obameyanq yanvarın 6-da Qabon milli komandasının oyunlarına qoşulduğu zaman koronavirusa yoluxub. Afrika Futbol Konfederasiyasının qərarına əsasən, hücumçu, eləcə də Qabon millisinin futbolçuları Mario Lemina və Aksel Meyer Qana millisi ilə Afrika Millətlər Kubokunun 2-ci tur matçında iştirak etməyiblər.

Teqlər: