Argentinada koronavirusa yoluxanların sayına görə antirekord qeydə alınıb

Argentinalı həkimlər sutka ərzində 139 853 koronavirusa yoluxma hadisəsi aşkar ediblər. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstərici olub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Argentinada ümumilikdə 6 932 972 yoluxma halı qeydə alınıb.

Son 24 saat ərzində 96 nəfərin koronavirusdan öldüyü təsdiqlənib. Ölənlərin ümumi sayı 117 901 nəfərə çatıb.