Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)

Amerikalı aktyor, bodibilder və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə yolsuzluq avtomobilində ağır qəza törədib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 74 yaşlı aktyor “GMC Yukon” markalı avtomobiliylə “Toyota Prius”la toqquşub. “Terminator” ulduzunun yolsuzluq avtomobili “Priusun” damına çıxıb, daha sonra digər bir avtomobili də zadələyib.

“Toyotanın” sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Şvartsenegger özü heç bir xəsarət almayıb.

Teqlər: