Argentinanı dünya çempionu edən məşqçi vəfat etdi

Argentinanı dünya çempionu edən məşqçi vəfat etdi

Argentina yığmasını dünya çempionu edən baş məşqçi Sezar Luis Menotti dünyasını dəyişib.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb.

Menotti 1978-ci ildə ölkə yığmasına tarixində ilk dünya çempionu titulunu qazandırıb. Sesar Luis karyerası ərzində “Barselona”, “Nyuells Old Boyz”, “Urakan”, “Penyarol”, “Boka Xuniors”, “River Pleyt”, “İndenpenyente”, “Sampdoriya”, “Rosario Sentral” klublarına və Meksika yığmasında da başçılıq edib.

Qeyd edək ki, Menotti 86 yaşında vəfat edib.

Teqlər: