Argentinanın şimal-qərbindəki Korrientes əyalətində təxminən 800
min hektar ərazi meşə yanğınları nəticəsində məhv olub.
Trend xəbər verir ki, ölkənin Milli Kənd Təsərrüfatı
Texnologiyaları İnstitutunun (INTA) açıqladığı hesabatda əyalətin
ərazisinin 9%-ni alov bürüdüyü bildirili, 785 238 hektar ərazi
yanıb.
Yanğınlar ölkənin şimal-şərqində flora və faunaya əhəmiyyətli
təsir göstərib.
Xeyli sayda heyvan yanaraq tələf olub və ya tüstüdən
zəhərlənib.
Yanğınsöndürmə qrupları alovla mübarizəni davam etdirirlər.