Argentinalı mütəxəssislər ilk dəfə olaraq ölkə ərazisində koronavirusun Hindistan və Cənubi Afrika ştammlarına yoluxma hallarını aşkar edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Nazirlik bildirib ki, Hindistan ştammlarına valideynləri ilə birlikdə Parisdən Buenos Ayresə gələn iki uşaq yoluxub. İspaniyadan Argentinaya qayıdan Rio Negra vilayətinin sakinində koronavirusun Cənubi Afrika variantı aşkar edilib.
Üçü də Argentinaya aprelin 24-də gəldi və dərhal özünətəcrid üçün otelə göndərilib.