2021-ci ilin ilk yarısında Argentinada qiymətlərin bahalaşması 25,3 faiz təşkil edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu məlumatlar ölkənin Milli Statistika İnstitutu tərəfindən dərc edilib.
“İstehlakçı qiymətlərinin ümumi indeksi 2021-ci ilin iyun ayında 3,2 faiz, ilk altı ayında inflyasiya 25,3 faiz olub”, – hesabatda deyilir.
Ən çox qiymətlər rabitə sahəsində artıb – 7 faiz. Qida məhsullarının dəyəri 3.2 faiz yüksəlib.
Argentina bir neçə ildir iqtisadi artım tempini bərpa edə bilmir və ən yüksək inflyasiya olan ölkələr sırasındadır. 2020-ci ilin sonunda bu rəqəm 36,1, 2019-cu ildə 53,8, 2018-ci ildə isə 47,6 faiz təşkil edib.