Argentina hakimiyyəti dünya çempionluğunun qeyd edilməsi mərasimində azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib.
AzerTimes xəbər verir ki, Argentina millisini daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli olub.
Lakin çox sayda insan olduğundan, çox yavaş hərəkət edib. Şəhərə axın edən insan sayı artıq 5 milyona çatıb.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə kuboku qazanıb.