Argentina da səfirliyimizə hücuma biganə qalmadı

Argentina da səfirliyimizə hücuma biganə qalmadı

Argentina Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumu pisləyir, diplomatik nümayəndəliyin mühafizə rəisinin həlak olması ilə bağlı Azərbaycan xalqına və hökumətinə başsağlığı verir.

AzerTimes xəbər verir ki, bu barədə Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin məlumatında bildirilib.

“Argentina Respublikası həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir”, – məlumatda qeyd olunub.

Teqlər: