Argentina Amerika Kubokunun qalibi oldu

Argentina millisi futbol üzrə Amerika Kubokunun finalında Braziliya komandasını məğlub edib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 22-ci dəqiqədə Anxel Di Maria vurub.


Argentina bu göstəricidə lider Uruqvaya çataraq turnirin 15 qat qalibi oldu. Braziliya millisinin isə Amerika Kubokunu 9 dəfə qazana bilib.

Teqlər: