Argentina ABŞ-ın tələbi ilə Venesuela təyyarəsini ələ keçirdi

Argentina ABŞ-ın tələbi ilə Venesuela təyyarəsini ələ keçirdi

Argentina məhkəməsi İrandan Venesuela Hava Yolları şirkətinə transfer edilən yük təyyarəsini müsadirə edib.

AzerTimes xəbər verir ki, məhkəmə Argentina ilə ABŞ arasında qarşılıqlı hüquqi yardım müqaviləsini əhatə edən qanun çərçivəsində təyyarənin müsadirə edilməsinə qərar verib.

Qeyd edək ki, təyyarə iyunun ayının əvvəlindən paytaxt Buenos-Ayres yaxınlığındakı “Ezeiza” Beynəlxalq Hava Limanında saxlanılır. Təyyarənin saxlanılması Venesuela hökmumətinin narazılığına səbəb olmuşdu.

Teqlər: