Argentina 20 milyon doza “Moderna” şirkətinin koronavirusa qarşı peyvəndin alınması barədə saziş imzalayıb

Argentina hökuməti ABŞ-ın “Moderna” şirkətindən 20 milyon doza koronavirusa qarşı peyvəndi almaq üçün saziş imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.

Argentina Səhiyyə Nazirliyindən verilən məlumata görə, peyvəndlər 2022-ci ilin ilk rübündə Argentinaya göndərilməyə başlayacaq.

Nazirlik gələcəkdə yeniyetmələri peyvənd etmək üçün “Moderna”nı istifadə edə biləcəyinə ümid edir.