Arestoviç: Bu, əks-hücum deyil, kiçik hücumdur!

Arestoviç: Bu, əks-hücum deyil, kiçik hücumdur!

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç ordunun cənub istiqamətdə əks-hücuma keçdiyini təsdiqləməyib.

AzerTimes xəbər verir ki, bu barədə o, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində deyib.

“Təklif edirəm, ardına nəzər yetirək… Hələ ki, belə deyə bilərəm: Ukrayna ordusu kiçik, sevimli hücuma keçib, cəbhə xəttində bir neçə məntəqəni yarıb keçib, dərinliyə doğru gedir. Körpülər və bərə keçidləri vasitəsilə əlaqəni kəsdi”, – deyə Aresteviç bildirib.

Qeyd edək ki, Ukrayna MN ordunun cənub istiqamətdə əks-hücum əməliyyatına başladığını açıqlamışdı.

Teqlər: