Arda Turan baş məşqçiliyə başladı

Arda Turan baş məşqçiliyə başladı

Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən “Eyüpspor”u çalışdıracaq.

Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib.

Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da şərəfini qoruyub.

Teqlər: