Arda Gülər ilk qolun vurdu, “Real” qalib oldu

Arda Gülər ilk qolun vurdu, “Real” qalib oldu

İspaniya La Liqasında XXVIII turun növbəti oyunları keçirilib.

AzerTimes xəbər verir ki, “Real Madrid” doğma meydanda “Selta”nı qəbul edib. Görüş “kral klubu”nun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Vinisius Junior açıb. 55-ci dəqiqədə Visente Quaita və 89-cu dəqiqədə Karlos Dominques avtoqol müəllifləri olublar. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə Madrid klubunun heyətində ilk rəsmi qoluna imza atan Arda Gülər müəyyənləşdirib.

Günün digər oyunlarında “Alaves” “Rayo Valyekano”nu 1:0, “Atletik Bilbao” “Las Palmas”ı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 69-a çatdıran “Real Madrid” turnir cədvəlinə başçılıq edir. “Jirona” 62 xalla ikinci, 61 xallı “Barselona” üçüncü pillədə qərarlaşıb.

Teqlər: