ARB-çilər silahlı ermənilərlə üz-üzə: Ratsiyanı söndürün – Video

ARB-çilər silahlı ermənilərlə üz-üzə: Ratsiyanı söndürün – Video

ARB kanalının “Əsgər” verilişinin çəkiliş qrupunun keçmiş Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı birləşmələrin açıq-aşkar “mövqe” tutduqlarını əks etdirən kadrları yayılıb.

AzerTimes xəbər verir ki, bu görüntüləri “Bez Tormozov” Teleqram kanalı paylaşıb.

Çəkiliş qrupunun üzvü erməni terrorçulardan ratsiyanı söndürməyi istəyir, çünki ratsiya dalğaları çəkilişə mane olur.

Erməni qanunsuz silahlı dəstəsi bu xahişi yerinə yetirir və ratsiyanı söndürürlər.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına əsasən, rus sülhməramlıların yerləşdirilməsi ilə erməni silahlı birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idi. Çıxarılmayanlar, üstəlik “yerli ermənilər” adı ilə silahlandırılıb, rus sülhməramlıları ilə birgə “mövqelərə” yerləşdirilənlər isə qanunsuz silahlılar və terrorçular hesab edilir.

Teqlər: