“Araz Supermarket” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərara dair açıqlama verib

“Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin
pozulması əlamətləri üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti tərəfindən qaldırılmış işə dair qəbul edilən qərarla
tanış olduq. “Araz Supermarket” MMC olaraq, qərara dair açıqlamada
bunları bildiririk:

  • Dövlət Xidməti tərəfindən araşdırma aparılan yazı barəsində
    vurğulamaq istəyirik ki, adıçəkilən yayılmış xəbərdə təsvir
    olunan qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti
    tərəfindən həyata keçirilmişdir
    . Biz yalnız bu barədə
    media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda
    qeyd edilənlər “Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə
    əsaslanmamışdır.
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
    tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Haqqında danışılan
    xəbəri yayımlayarkən onun 3-cü tərəfə istinad olunduğunu
    nəzərə alaraq
    , reklam haqqında qanuna ziddiyyət təşkil
    etmədiyini düşünürdük.
  • Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu
    qənaətindəyik. Odur ki, cərimə məbləğinə yenidən baxılması üçün
    qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızdan istifadə
    edəcəyik.
  • “Araz Supermarket” MMC-nin əsas dəyərlərindən biri də
    ədalətlilikdir. Biz yalnız öz müştərilərimiz, əməkdaşlarımız və
    tərəfdaş təşkilatlarla deyil, həm də rəqiblərimizlə münasibətdə
    ədalətli olmağa çalışırıq.
  • “Araz” supermarketlər şəbəkəsi dövlət orqanları, qeyri-hökumət
    təşkilatları və media ilə şəffaf, səriştəli ünsiyyətdədir və
    əməkdaşlıq çərçivəsində daxil olan bütün sorğuları mümkün
    qədər operativ və dolğun şəkildə cavablandırmağa
    çalışır.
  • “Araz” supermarketlər şəbəkəsi cəmiyyəti sağlam və keyfiyyətli
    gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir.
    Logistika, distribusiya və meyvə-tərəvəz sahəsində fəaliyyətimizi
    nəzərə alaraq, alıcılarımıza məhsulları mümkün uyğun qiymətə təklif
    edə bilirik.
  • 11 ildir ki, pərakəndə sahəsində fəaliyyət göstərərək
    Azərbaycan iqtisadiyyatına dəyər qatır və 7000-dən çox
    əməkdaş
    ilə hər gün 350 mindən artıq
    müştəri
    yə xidmət edirik.

“Araz” supermarketlər şəbəkəsi olaraq, əhalinin ərzaq təminatı
ilə bağlı səylərimiz, sosial sahədə gördüyümüz işlər və məşğulluğun
artmasına verdiyimiz töhfələr səmərəli və cəmiyyət üçün dəyər
yaradan fəaliyyətimizin bariz nümunəsidir.

Teqlər: