Qərb təşkilatları niyə Ermənistandakı zorakılığa reaksiya vermir? – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Ermənistanın paytaxtı İrəvanda müxalifətin itaətsizlik aksiyası
davam edir. Şəhərin mərkəzində Teatr meydanı və onlarla küçə polis
tərəfindən bağlanıb. Yerli medianın yaydığı xəbərlərə görə, polis
Xorenatsi küçəsini bağlamağa çalışan vətəndaşları saxlayır, küçəni
açmağa çalışır. Bəzi küçələrə girişi qapadan nümayişçilər
barrikadalar qurmağa başlayıblar. Fransa meydanının dörd tərəfdən
bağlandığı xəbər verilir.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Qərb təşkilatları niyə Ermənistandakı
zorakılığa reaksiya vermir?” mövzusunda aparılan müzakirələr zamanı
bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər
Azər Allahverənov, Ceyhun Əhmədov və Qabil Hüseynli mövzu ətrafında
müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: