Araz Musayev Səlcuq Bayraqdarla görüşdü – Foto

Araz Musayev Səlcuq Bayraqdarla görüşdü – Foto

“Furqanoğlu-Dəmir Yumruq” komandasının tərkibində “Texnofest-2023” festivalında iştirak edən eyniadlı şirkətin direktoru Araz Musayev “Baykar” şirkətinin rəhbərləri Səlcuq Bayraqdar və Haluk Bayraqdarla görüşüb.

AzerTimes xəbər verir ki, Araz Musayev görüş zamanı komandanın festivaldakı stendləri haqqında məlumat verib.

Bildirilib ki, şirkətin əməldaşları və tərəfdaşları tərəfindən hazırlanan dron, görmə əngəllilər üçün “Şeir oxuma” tablosu və “Zəka oyunları” kitabı stenddə sərgilənir.

Qeyd edək ki, “Furqanoğlu- Dəmir Yumruq” komandası “Texnofest -2023”də 18 nəfərlik heyətlə iştirak edir. 3-cü ildir ki, rəsmi olaraq festivalda iştirak edən komandaya “Furqanoğlu-Dəmir Yumruq” şirkətinin direktoru Araz Musayev və İdarə Heyətinin sədri Azər Həsənsoy rəhbərlik edir.

Teqlər: