Araz çayı “əyildi”, 1500 hektar “itirmişdik” – İran

Araz çayı “əyildi”, 1500 hektar “itirmişdik” – İran

Xudafərin və Qız Qalası bəndlərinin hər birində bir elektrik stansiyası var ki, Xudafərin elektrik stansiyası 100 MVt, Qız Qalası bəndi isə 40 MVt gücündə elektrik enerjisi istehsal edir.

AzerTimes Azad İran kanalına istinadla xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin baş direktoru Əlirza Qafarzadə bu gün “Fars” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Arazın o tayında, yəni Azərbaycan Respublikasında da bu elektrik stansiyasının tam eynisi fəaliyyət göstərir.

Sözügedən iki elektrik stansiyasının son vəziyyətinə toxunan İran rəsmisi qeyd edib:

“Xudafərin SES hazırda 35% gücü ilə fəaliyyət göstərir, lakin Xudafərin və Qız Qalası bəndlərinin İran tərəfindən inşa edildiyini nəzərə alaraq, layihənin qalan hissəsinin Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilməsinə dair qarşı tərəflə, yəni bu ölkə ilə razılaşmalar əldə olunub”.

Qafarzadə Araz çayında görülən böyük layihədən də bəhs edərək deyib:

“Şərqi Azərbaycan vilayətinin Azərbaycan Respublikası ilə sərhədinin uzunluğu 248 km-dir və çayın eninə yatağının İrana tərəf olması İran ərazisinin bir hissəsinin tədricən sular altında qalmasına və suyun İran torpağına doğru hərəkət etməsinə səbəb olur. Bu vəziyyətin davam etməsi İran İslam Respublikasının ərazisinin azalmasına gətirib çıxarır”.

Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətinin Azərbaycan Respublikası ilə olan 248 km-lik sərhədinin 150 km-lik hissəsi dərədir və suyun altında qalması ehtimalı yoxdur, lakin 90 km-i düzənlikdir, hətta sel zamanı kəndlərimizin də su altında qalması mümkündür.

O bildirib ki, bu problemin qarşısını almaq üçün düzənliyin 90 kilometrlik sərhədinin 60 kilometrini çəkmişik və bu da bizə su basmış 1500 hektar ərazini bərpa etməyə imkan verib.

Teqlər: