Araik “yaxşı terrorçu”, korsikalılar “pis terrorçu”dur?

Araik “yaxşı terrorçu”, korsikalılar “pis terrorçu”dur?

Fransa üçün Azad Korsika Partiyasının dil və mədəniyyət uğrunda mübarizə apardığı üçün pis terrorçu, Araik Arutyunyan isə yaxşı terrorçudur.

AzerTimes xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Elman Nəsirov deyib.

Deputat əlavə edib ki, Fransa terrorçu Araik Arutyunyana dəstək verir, Korsika xalqı uğrunda mübarizə aparan liderləri isə həbsə atır.

Elman Nəsirov qeyd edib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti aparmasına Fransa yardım edir.

Milli Məclisin üzvü deyib ki, Fransanın belə siyasəti dünya üçün problem yaradır:

“Hesab edirəm ki, bütün bunları nəzərə alaraq Fransa qarşısında tələblər qoyulmalıdır. Birincisi, Fransa hökuməti Korsikada beynəlxalq hüququ pozmasını dayandırmalı, insan hüquqlarına hörmətlə yanaşmalıdır.

İkincisi, Avropa Şurası prosesə obyektiv yanaşmalı və Korsikaya faktaraşdırıcı missiya göndərməlidir”.

Teqlər: