Araik detalları açıqladı – Ermənistanda həyəcan yaşanır

Araik detalları açıqladı – Ermənistanda həyəcan yaşanır

Narahat olmaları normaldır. Düşünə bilərlər ki, Araikin artıq itirəcəyi heç nə yoxdur, olmuş-bitmiş bütün prosesləri, gizli işləri Azərbaycan cəmiyyətinə danışa bilər.

Bu sözləri AzerTimes-a konfliktoloq Elman Vəliyev Araik Arutyunyanın “Bir günlük əməliyyat: ANTİTERROR” sənədli filmində danışdığını əks etdirən anonsun Ermənistan cəmiyyətində narahatlıq yaratmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Artak Beqlaryan kimi qondarma “dqr”in omdusmanının və digərlərin həyəcanı da başadüşüləndir:

“Filmdə məqsəd çox güman ki, keçmiş, qondarma və özünü buraxan “dqr”in separatçı-terrorçu başçısının dilindən həqiqətləri eşitmək, etdikləri vəhşilikləri, gizli planları, havadarlarını, yaydıqları dezinformasiyaları doğru şəkildə dünyaya çatdırmaqdır. Bu amilləri nəzərə alsaq, digər tərəflərin narahatlıqlarını nomal bir hal kimi qarşılamalıyıq. Çünki Arutyunyan Rusiyanın, Fransanın, İranın necə yardım etdiklərini, Paşinyanın onları necə tərk etmələrini, kimlərin silah verdiklərini, gizli planları və daha bilinməyən sirləri, gizli nələrisə aşkar deyə bilər. Bu isə bir çox həqiqətlərin dünyaya yayılması deməkdir. Film hələ yayımlanmayıb. Amma həmin şəxslərin cəzaçəkmə kamerlarında bir-iki fotosunu görmüşəm. Vəziyyətləri normal idi. Bundan çıxış edərək demək olar ki, xaricdən və yaxud Ermənistandan kimsə deyə bilməz ki, onlara ağır işgəncələr verilib, yaxud zorla müsahibə alınıb”.

Siyasi şərhçi bildirib ki, sənədli filmin ən gözlənilən məqamı isə antiterror əməliyyatı və Gəncə terroru ilə bağlı həqiqətlərin orta çıxması olacaq və bunun Araikin dilindən səslənə bilmək ehtimalı isə Ermənistanda gərginliyi daha çox artırır.

Qeyd edək ki, DTX-nin keçmiş xuntaçılara qarşı həyata keçirdiyi əməliyyatların eksklüziv görüntülərinin və Araik Arutyunyanın etiraflarının da yer aldığı “Bir günlük əməliyyat: ANTİTERROR” sənədli filmi 28 martda AzTV-də yayımlanacaq.

Teqlər: