Ara küçələrdəki parklanma da ödənişli olacaq? – Video

Ara küçələrdəki parklanma da ödənişli olacaq? – Video

Bakının Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsinin sağ və solu parklanma yerinə çevirilib.

AzerTimes Xəzər TV-yə istinadən xəbər verir ki, bu səbəbdən onsuz da ensiz olan yol bir az da daralıb.

Nəticədə ərazidə həm piyadalar, həm də sürücülər üçün çətinlik yaranır.

Əyinlərində sarı jilet olan şəxslər isə avtomobil saxlayandan pul alırlar. Minimum 1 manat tələb edilir. Baxmayaraq ki, əraziyə “parklanma ödənişsizdir” xəbərdarlığı vurulub. Onlar çəkiliş olduğunu bilən kimi əyinlərindəki jiletləri çıxarırlar. Üstəlik, sualları normal cavablandırmadılar.

Qeyd edək ki, bu yaxınlarda Bakıda parklanma qiymətləri təsdiqlənib. Qiymətlər zonalara görə dəyişir. Xüsusilə, bu qiymətlərin ara küçələrdə olan parklanma yerlərinə şamil edilib-edilməyəcəyi əsas sualdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, dövlət avtomobil yollarında təşkil edilən parklanma yerlərində ödənişin edilməsini Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyir.

Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyən edilir.

Bakıda küçə parklanma yerlərində sürücülərin müəyyən olunan qaydalara riayət etməsinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

Teqlər: