Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Çin Xalq Respublikası Gömrük Baş İdarəsinin İdxal və İxrac Qida Təhlükəsizliyi Bürosunun nümayəndə heyətləri arasında görüş keçirilib.
Bu barədə AzerTimes-a AQTA-dan məlumat verilib.
Videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın inkişaf perspektivləri və görüləcək işlər müzakirə olunub.
Tədbirdə qida məhsullarının idxal-ixracı əməliyyatları və ölkəmizdən Çin Xalq Respublikasına qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixrac potensialı, həmçinin müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
Twitter: @cingizsafarli