Qoşulmama Hərəkatında Azərbaycanın fəal sədrlik missiyası – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycan Respublikası çoxsaylı beynəlxalq təşkilatların üzvü olaraq, fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi dəstəkləyir. On ildən bəri Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan ona sədrlik etdiyi hazırkı dövrdə öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurmuş, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini təməl məramı kimi qəbul etmişdir. Azərbaycan bu illər ərzində özünü beynəlxalq münasibətlər sistemində çoxtərəflilik və sülh naminə diplomatiyanı təşviq edən əsas tərəflərdən biri kimi sübut edib.

AzerTimes-ın məlumatına görə, Rüfət Həmzəyevin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Qoşulmama Hərəkatında Azərbaycanın fəal sədrlik missiyası” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov, Milli Məclisin deputatları Cavid Osmanov və Məzahir Əfəndiyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: