AQTA-nın Könüllü Qida Nəzarətçiləri təsərrüfatlarda maarifləndirmə tədbirləri aparıb (FOTO)

“Könüllü Qida Nəzarətçisi” proqramının könüllüləri Beynəlxalq
Bitki Sağlamlığı Günü münasibətilə həyata keçirilən silsilə
tədbirlər çərçivəsində pomidor istehsalı müəssisələrində
olublar.

Könüllülər tərəfindən istixanalarda aparılan maarifləndirici
görüşlər zamanı virus mənşəli xəstəliklərin və digər zərərli
orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə
sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında təsərrüfat
sahiblərinə ətraflı məlumat verilib. Bildirilib ki, bitki
sağlamlığı və fitosanitar sabitliyin təmin olunması, eləcə də
mövcud risklərin qarşısının alınmasında sahibkarların üzərinə böyük
məsuliyyət düşür.

Görüş zamanı müəssisə əməkdaşlarına bitkilərə ciddi ziyan vuran
virus xəstəliklərinin əlamətləri, onların yayılmasının qarşısının
alınması üçün görülməli tədbirlərin əks olunduğu məlumatverici çap
materialları təqdim olunub.

Teqlər: