AQTA daha 3 müəssisədə pozuntular aşkarlayıb

Xəbər - Çingiz Səfərli – Trend:

Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 28-də ölkə üzrə 414 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq 214 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Fəxrəddin Xəlil oğluna məxsus restoran;

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, Babək 14 ünvanında yerləşən, fiziki şəxs Firdovsi İbrahimov Nəbi oğluna məxsus restoran;

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Vəliyev Elşən Telman oğluna məxsus kafe.

Twitter: @cingizsafarli

Teqlər: