AQTA daha 11 müəssisədə pozuntular aşkarlayıb

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci ilsentyabrın 30-da ölkə üzrə 367 ictimai iaşə obyektində 628 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, ev 3A ünvanında yerləşən, fiziki şəxs Mövsümov Samir Vaqif oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., 28 May küçəsində yerləşən, fiziki şəxs İbrahimov Səid Nazim oğluna məxsus “Turk Way” restoranı;

3. Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən, fiziki şəxs Əliyev Müşviq Mehdi oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi 43 ünvanında yerləşən, fiziki şəxs Xalidov Tural Güləhəd oğluna məxsus “Çinar 6” restoranı;

5. Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi 43 ünvanında yerləşən, fiziki şəxs Əsədova Təhminə Səməd qızına məxsus çay evi;


6. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Nərimanov Saday İsrail oğluna məxsus dönər evi;

7. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim Kebap” restoranı;

8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 20 ünvanında yerləşən, fiziki şəxs Seyidov Şamil Sabir oğluna məxsus kafe;

9. Sumqayıt şəhər, Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Qələndərov Namiq Abbas oğluna məxsus dönər evi;

10. Göygöl rayonu, Zurnabad kəndində yerləşən, fiziki şəxs Məmmədova Samirə Ələkbər qızına məxsus yeməkxana;

11. Gəncə şəhəri, Tağı Aranı və Kimyaçılar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Həndəmov Elçin Mirzə oğluna məxsus “Təndir” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Teqlər: