“Aqrar tədarük və təchizat” ASC-nin yaradılması haqqında Fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman verib.

AzerTimes xəbər verir ki, Fərmanla qərara alınır:

– “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2557) 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3.3. Cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;”.

Teqlər: