Aqil Abbas təltif edilməsindən danışdı: İndi xəbər verdilər…

Aqil Abbas təltif edilməsindən danışdı: İndi xəbər verdilər…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə yazıçı, millət vəkili Aqil Abbası 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

AzerTimes xəbər verir ki, A. Abbas bu mükafata layiq görülməsi ilə bağlı təəssüratlarını Bakupost.az -la bölüşüb.

O qeyd edib ki, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi onda xoş hisslər doğurub:

“Mənim üçün çox xoşdur, sevinirəm. Bunu gözləmirdim. İndi zəng edib xəbər verdilər. Hələ özüm sərəncamı oxumamışam. Cənab Prezidentə əməyimi qiymətləndirdiyi üçün təşəkkür edirəm”.

Teqlər: