Aprelin 14-də havada tozun miqdarı norma daxilində olacaq

Dünən axşam saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi
nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım
müşahidə edilib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
əməkdaşı Gülnarə Abbasova bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən,
havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai rayonunda
normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”.

G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə şimal-qərb
küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar
havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə
düşəcəyi gözlənilir.

Teqlər: