“Apple” şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsullarının satışını dayandırıb

“Apple” şirkəti Rusiyadakı rəsmi internet mağazasında məhsul
almaq imkanını bloklayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bütün məhsulların “çatdırılma” bölməsində “hazırda mövcud deyil” yazısı qeyd
olunur.

Hazırda rəsmi internet saytında iPhone, iPad, MacBook, Apple
Watch, AirPods və smart ev məhsullarını sifariş etmək mümkün
deyil.

Fevralın 24-də ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın başlaması
ilə əlaqədar Rusiya üçün Amerika texnologiyasından istifadə etməklə
mikroelektronika, o cümlədən avionika və təyyarə hissələrinin
ixracı üçün icazələrin alınması qaydalarını sərtləşdirib.

Teqlər: