Belçikada Avropa Parlamentinin 14 vitse-prezidentindən biri olan Yunanıstan Sosialist Parlamentinin üzvü Eva Kayli saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Belçikanın nüfuzlu “Knack” jurnalı məlumat yayıb.
Məlumata görə o, paytaxt Brüsseldə Qətərdən rüşvət almaq ittihamı ilə cəlb olunduğu korrupsiya istintaqı ilə bağlı saxlanılıb. Artıq onun Brüsseldəki evində də axtarış aparılıb.
Artıq Kaylinin üzvü olduğu Yunanıstanın Sosialist Partiyası onu üzvlükdən çıxarıldığını açıqlayıb.
Qeyd edək ki, ötən gün “France24.com” saytı bu iş üzrə ümumilikdə dörd nəfərin həbs olunduğu barədə məlumat yaymışdı.