AP-dən ölkəmizə qarşı növbəti təxribat

AP-dən ölkəmizə qarşı növbəti təxribat

Martın 19-da Avropa Parlamentində “Azərbaycanda erməni hərbi əsirləri. Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il sonra yaranmış vəziyyət” adlı konfrans keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda konfransın Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən təşkil edildiyi bildirilib.

Konfrans qurumun ölkəmiz əleyhinə 20 may 2021-ci il tarixli erməni “hərbi əsirləri” və “mülki məhbusları” heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qərarından sonra mövcud vəziyyətin təhlilinə həsr olunacaq.

Qeyd edək ki, bu, AP-nin ölkəmizə qarşı ilk qərəzi deyil. Regiona hərbi və siyasi baxımdan nüfuz etməyə çalışan, Cənubi Qafqazı da Rusiya ilə münaqişə meydanına çevirmək istəyən Fransa bu təşəbbüslərinə imkan verməyən Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparır. Avropa qurumlarını özünün şəxsi maraqlarının icrası alətinə çevirən Paris artıq bir neçə aydır ki, rəsmi Bakıya qarşı qərəz və böhtan dolu “qətnamələr” qəbul etdirir, Ermənistanı sürətlə silahlandırır, bu prosesə isə təsir dairəsində olan dövlətləri də cəlb edib.

Teqlər: