Antiterror əməliyyatı: şəhid hərbçilərimizin rütbələri – Siyahı

Antiterror əməliyyatı: şəhid hərbçilərimizin rütbələri – Siyahı

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısını dərc edib.

AzerTimes xəbər verir ki, siyahıya əsasən, şəhidlik zirvəsinə ucalan 192 nəfərdən 1-i polkovnik-leytenant, 6-sı kapitan, 12-si baş leytenant, 16-sı leytenant, 4-ü mayor, 20-si gizir, 1-i kiçik gizir, 6-sı çavuş, 14-ü kiçik çavuş, 98-i əsgər, 3-ü isə matrosdur.

Şəhid olmuş 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertizasə tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Həmçinin, Daxili İşlər Nazirliyinin də 12 hərbi qulluqçusu şəhid olub. Onlardan 1-i polkovnik-leytenant, 2-si gizir, 1-i baş çavuş, 1-i çavuş, 1-i kiçik çavuş, 6-sı isə əsgərdir.

Qeyd edək ki, şəhidlərdən 1-i mülki şəxsdir.

Teqlər: