Antalyada Türkiyə və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı
Ararat Mirzoyan arasında görüş başlayıb.

Trend-in
məlumatına görə, bu iki ölkə arasında XİN rəhbərləri səviyyəsində
uzun müddətdən sonra ilk görüş olub.

Qeyd edək ki, bu ilin yanvar və fevral aylarında Türkiyə ilə
Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqədar təyin
olunmuş xüsusi nümayəndələrin iki görüşü keçirilib.

Bundan başqa, bu ilin əvvəlindən iki ölkə arasında birbaşa
reyslər işə düşüb.

Teqlər: