Türkiyənin Antalya vilayətində 1940-cı ildən bu yana oktyabr ayı üzrə rekord dərəcədə hava temperaturu qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Hidrometeorologiya Agentliyindən bildirilib.
Məlumata əsasən, oktyabrın 1-də Antalyada havanın temperaturu 40,4 dərəcəyədək yüksəlib. Şəhərin bəzi bölgələrində isə termometrlər 41,2 dərəcəni göstərib.
Şəhərdə bundan əvvəl ən yüksək temperatur 1940-cı ilin oktyabrın 4-də 38,7 dərəcə olaraq ölçülüb.