Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!

Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!

Rusiyanın Ukrayna ərazisi sayılan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirməsini rədd edirik.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Türkiyə 2014-cü ildə keçirilən qeyri-legitim referendumla Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb.

Bu gün də Rusiyanın Ukrayna ərazisi sayılan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirməsini rədd edirik.

Beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozan bu qərarı qəbul etməyimiz mümkün deyil. Hazırda gərginləşən müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”, – bəyanatda vurğulanıb.

Teqlər: