Türkiyənin paytaxtı Ankarada “ATA Platform” tərəfindən “Lodestar
Ship Management” şirkətinin dəstəyi ilə “Zəngəzur iqtisadi dəhlizi:
İmkanlar və risklər” mövzusunda iclas keçirilib.
Trend-in
məlumatına görə, iclas zamanı beynəlxalq ticarətə böyük töhfə
verməsi gözlənilən Zəngəzur dəhlizinin açılmasının regionun
iqtisadi inkişafı baxımından vacibliyi vurğulanıb.
Bundan başqa, tədbir iştirakçıları Zəngəzur dəhlizinin Xəzər
dənizini Aralıq dənizi ilə birləşdirmə potensialı və Türkiyənin
gəmiçilik sektoruna təqdim etdiyi imkanlar nəzərdən keçirilib.
İclasın yekununda “ATA Platform” Azərbaycanın himayəsi altında
regiondan iş adamları, mütəxəssis və səlahiyyətli şəxslərin
iştirakı ilə “Zəngəzur İqtisadi Forumu”nun təşkil olunmasını
tövsiyə edib.
(Tərcümə: Orxan Nəbiyev)