Ankarada zəncirvari qəza: 26 avtomobil toqquşdu

Ankarada zəncirvari qəza: 26 avtomobil toqquşdu

Türkiyənin paytaxtı Ankaranın Yeniməhəllə ərazisində 26 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, yağışlardan dolayı sürüşkən hala düşən Konya magistralı qəza səbəbindən bir müddət bağlı qalıb.

Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.

Deformasiyaya uğramış bəzi nəqliyyat vasitələri xüsusi texnikaların köməyi ilə ərazidən götürülüb.

Teqlər: