Türkiyənin paytaxtı Ankarada məktəbliləri aparan avtobus yaşayış
evinə çırpılıb.
Trend-in
məlumatına görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Qeyd olunur ki, xəsarət alanlardan 10-u şagird, biri isə evin
sahibi olub. Onlardan üç nəfər xəstəxanaya yerləşdirilib.
Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi
deyilir.