Ankarada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilir (FOTO)

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilir.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Fuad Oktay iclasda çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, təhsil naziri Emin Əmrullayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Teqlər: