Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Türkiyənin paytaxtı Ankara şəhərində Əhməd Cavadın yubileyi
keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, tədbirdə Milli Məclisin deputatı Əziz Ələkbərov da iştirak
edəcək. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə
keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və
ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində Əhməd
Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan,
dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən,
həyat və yaradıcılığından bəhs ediləcək.

Həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində böyük
şairin heykəlinin açılış mərasimi də olacaq.

Teqlər: