Ankarada mayın 5-də Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd
Cavadın heykəlinin açılışı baş tutacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Məlumatda qeyd olunur ki, açılış 5 may 2022-ci il tarixində saat
11:00-da baş tutacaq.
“Hər kəsi 5 may 2022-ci il tarixində saat 11:00-da Türk Tarixi
Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anım
mərasiminə və heykəlinin açılışına dəvət edirik”, – paylaşımda
bildirilir.