Ankarada birbaşa görüşün faydaları – Politoloq

Ankarada birbaşa görüşün faydaları – Politoloq

İrəvanın Kreml və Qərb olmadan birbaşa Ankara və ya Bakı ilə ikitərəfli formatlarda görüş keçirməsi Azərbaycan-Ermənistan sülh prosesinə müsbət təkan verəcək. Çünki danışıqlarda işirak edən fərqli dövlətlər müxtəlif maraqlarla çıxış edir. Buna görə də əsas ölkələrin birbaşa kontakt qurması sülh prosesi, münasibətlərin tənzimlənməsi üçün olduqca vacibdir.

Bu sözləri AzerTimes-a politoloq Fərhad Məmmədov Mirzoyanın Türkiyəyə səfirini şərh edərkən deyib.

“Bakı tam əmindir ki, Türkiyə Ermənistanın Azərbaycanla münasibətləri normallaşmasa, Zəngəzur dəhlizi və digər məsələlər tam həllini tapmasa, İrəvanla razılaşmaya getməyəcək. Bir daha qeyd edim ki, həm Bakı-İrəvan, həm də Ankara-İrəvan razılaşması üçün vasitəçi olmadan birbaşa kontaktlar böyük əhəmiyyət kəsb edir”, – o bildirib.

Teqlər: