Ankara və Afina arasında yeni səhifə açılır?

Ankara və Afina arasında yeni səhifə açılır?

Zəlzələ ilə bağlı Türkiyəyə köməyə gələn ölkələrə minnətdarıq. Əlbəttə bunların arasında Yunanıstan da var.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun ölkə mediasına açıqlamasında deyib.

“Yunanıstanla Türkiyə arasında əlaqələr haqqında bunu deyə bilərəm: Türkiyə həmişə bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyir. Dövlətlər arasında ara-sıra fikir ayrılıqlarının olması da təbiidir. Biz bu fikir ayrılıqlarını səmimi dialoq və ədalət əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həll etməliyik. Türk milləti ona uzadılan dost əlini heç vaxt geri çevirməyib”, – Altun bildirib.

Teqlər: