Ankara Ukraynada dərhal atəşkəsin əldə olunmasına çağırır – XİN

Türkiyə Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa
çağırır.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukraynanın Kramatorsk şəhərində dəmiryol
vağzalının atəşə tutulması ilə bağlı Türkiyənin Xarici İşlər
Nazirliyinin (XİN) yaydığı bəyanatında deyilib.

“Biz dərhal atəşkəs elan etməklə bu dağıdıcı müharibəyə son
qoymağa çağırışımızı qətiyyətlə təsdiq edirik”, – deyə nazirlik
bildirib.

Türkiyə XİN dəmiryol vağzalına hücum nəticəsində təxliyyə
edilməsini gözləyən onlarla insanın həlak olması və yaralanması ilə
əlaqədar dərin hüznlə başsağlığı verib:

“Bu faciəvi hadisə mülki şəxslərin təhlükəsiz təxliyəsini təmin
etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və
aktuallığını bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, Ukraynanın Kramatorsk şəhərində dəmiryol vağzalına
raket hücumu nəticəsində 50-si uşaq olmaqla, evakuasiyanı gözləyən
ən azı 50 mülki şəxs həlak olub.